Orqan transplantasiyası ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək.
Məqsəd həm bu sahədəki boşluqları aradan qaldırmaq, həm də hər istəyən şəxsin öz daxili orqanını satmasının qarşısını almaq üçün nəzarət mexanizmini sərtləşdirməkdir.
Miq.az-ın bizimyol.info-ya istinadən məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə görə, orqan satışına cəhd edənlər cinayət məsuliyyəti daşıyırlar. Gələcəkdə bu məsələdə qanun daha da sərtləşəcək. Burada söhbət transplantasiya prosesində iştirak edən bütün tərəflərin məsuliyyətindən gedir.
M. Quliyev deyib ki, Azərbaycanda meyitdən orqan götürülməsi məsələsinin hələ də həllini tapmaması qanuna yenidən baxmaq zərurətini ortaya çıxarıb.
"İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanuna ediləcək dəyişikliklərdə məhz meyitdən orqan götürülməsi məsələsi də öz əksini tapacaq.
Musa Quliyev vurğulayıb ki, insanların öz daxili orqanlarını bağışlamaları mövzusunda ciddi maarifləndirmə işləri aparılmalıdır: "Kimsə istədiyi kimi onu alıb-sata bilməz".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR