“Veteninfo.az” xəbər verir ki, şair, ssenarist Əvəz Qurbanlının hərbi-vətənpərvərlik mövzusunda yazdığı “Canlı dirəklər” adlı ilk roman bugünlərdə işıq üzü görüb. Kəskin süjetli, konfliktli səhnələrlə zəngin olan əsərdə Sərhəd qoşunlarımızın yaxın tarixində baş vermiş hadisələrdən bəhs olunur, sərhədçilərimizin göstərdikləri fədakarlıq nümunələrindən söhbət açılır.
Qeyd edək ki, “Canlı dirəklər” Sərhəd qoşunlarımızın yaxın tarixi ilə bağlı yazılmış ilk romandır.
Əvəz Qurbanlı 1976-cı ildə Saatlı rayonunda anadan olub. AYB-nin üzvüdür. 2006-cı ildə “Təzə zarafat” satirik və lirik şeirlər kitabı çapdan çıxıb. “Canlı dirəklər” müəllifin işıq üzü görən ikinci kitabıdır.
Ə.Qurbanlı eyni zamanda jurnalistika fəaliyyəti ilə də mətbuatda tanınır. Hazırda Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətinin rəhbəridir.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR