Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Mətanət Atakişiyeva “Humay” milli mükafatına layiq görülüb. Aktrisa sevinc hisslərini oxucularımız ilə bölüşüb:
“ “Humay” mükafatını mənə çalışdığım Akademik Milli Dram Teatrında “Şekspir”, “Xanuma” və “Gəncə qapıları” tamaşalarındakı uğurlu rollarıma görə təqdim ediblər. Bu il mənim üçün çox düşərli il oldu. Adətən insanlar 13 rəqəmini sevmirlər, amma 12 və 13 mənim ən çox sevdiyim rəqəmlərdir. Xoşbəxtlikdən ad günüm də may ayına təsadüf edir (gülür). Mənim teatrdakı zəhmətimi dəyərləndirdiklərinə görə “Humay” Milli Akademiyasının hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm. Mənimlə birlikdə sevinən dostlarıma isə ürəkdən təşəkkür edirəm. Bütün sənət yoldaşlarıma uğurlar və sənət yenilikləri arzu edirəm” deyə aktrisa bildirib.
Qeyd edək ki, aktrisanın teatrda son yeni rolu “Qaraca qız” tamaşasında Pəricahan xanım obrazıdır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR