Sövdələşmənin başa çatdığı barədə xəbər klubun internet səhifəsində bildirilib
Azərbaycanlı iş adamı Hafiz Məmmədov İngiltərənin ikinci liqa təmsilçisi Sheffield Wednesday futbol klubunu alıb. Vətəninfo.az xəbər verir ki, sövdələşmənin başa çatdığı barədə xəbər klubun internet səhifəsində bildirilib.
"Mən sadiq futbol azarkeşiyəm və xeyli vaxt idi ki, İngiltərə futboluna investisiya etmək barədə düşünürdüm, lakin bunun üçün uyğun klub axtarırdım. Mən bu möhtəşəm klubun alınması ilə bağlı sövdələşmənin əldə edilməsindən olduqca razı və qürurluyam", - deyə Hafiz Məmmədov klubun internet səhifəsinə açıqlamasında bildirib.
H.Məmmədov Sheffield Wednesday İngiltərə futbolunda adına layiq yer tutacağı, qələbələr qazanması üçün əlindən gələni edəcəyini söz verib.
Klubun bundan əvvəlki sahibi Milan Mandaric bir müddət idi ki, Məmmədovla danışıqlar aparırdı.
Baghlan Group-un təsisçisi və sahibi olan Məmmədov, həmçinin Azərbaycanın Bakı futbol klubu və Fransanın Birinci Liqasında çıxış edən Lens-ın sahibidir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR