Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan Rəsm Komitəsi başkanı və təmsilşisi rəssam Nəvai Metin Məmmədoğlunun 26 yanvar tarixində Ankarada yerləşən Antigone Sənət Evində fərdi sərgisi açılıb. Sərgi Antigone Sənət Evinin sahibi rəssam Savaş Simitli tərəfindən təşkil edilib. Sərginin açılışında UASB-nin başqanı Ümit Yaşar İşıkhan başda olmaqla birliyin digər üzvləri, Azərbaycanın əməkdər incəsənət xadimi Ziyadxan Əliyev də iştirak edib. Ziyadxan Əliyev çıxış edərək ürək sözlərini söyləyib və rəssama Azərbaycan Rəssamlar İttifaqının Fəxri Fərmanını (takdir belgəsini) təqdim edib. Sərgidə çıxış edənlər vurğulayıb ki, hər iki ölkə arasındakı dostluq, qardaşlıq sənət sayəsində daha da möhkəmlənəcəkdir. Rəssam açılış zamanı canlı performans da sərgiləyib. Tamaşaçılarının gözü önündə çəkilmiş əsər seçim yolu ilə sənətsevərlərdən birinə hədiyyə olunub. Sənət evinin sahibi Savaş Simitli bildirib ki, sənətçilərin canlı performans göstərmələri sərgiyə olan diqqəti daha da artırır.
Rəssam Nəvai Metin Məmmədoğlunun sərgisi fevral ayının 10-na qədər Antigone Sənət Evində davam edəcək.
Rumiyyə Aslan
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR