Hollandiya və Çili səkkizdəbir finala vəsiqə qazandı
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının “B” qrupunda mübarizə başa çatıb. Vətəninfo.az xəbər verir ki, iyunun 23-də İspaniya və Avstraliya yığmaları qarşılaşıb. Qarşılaşmada İspaniya komandası Avstraliya millisini 3:0 hesabı ilə məğlub edərək dünya çempionatında ilk qələbəsini qazanıb.
Oyunda avropalıların heyətində 36-cı dəqiqədə D.Villa, 69-cu dəqiqədə F.Torres, 82-ci dəqiqədə X.Mata fərqləniblər.
San-Paulu şəhərindəki “Korintians” stadionunda keçirilən görüşdə isə Hollandiya və Çili yığmaları mübarizə aparıblar. Hollandiya komandası Çili millisini qapısından iki cavabsız top keçirib. Hollandların heyətində 77-ci dəqiqədə L.Fer, görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə D.Memfis fərqlənib.
Beləliklə, Hollandiya yığması “B” qrupunda keçirdiyi üç matçın hamısında qalib gələrək səkkizdəbir finala vəsiqəni 9 xalla təmin edib. Altı xalla qrup mərhələsini ikinci sırada tamamlayan Çili yığması da səkkizdəbir finalda mübarizəni davam etdirəcəkr. Yalnız bir matçda qalib gələn sonuncu dünya çempionu İspaniya üçüncü, bütün oyunlarda məğlub olan Avstraliya millisi isə qrupu axırıncı pillədə başa vurub.
Vətəninfo,az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR