Bahar yeni klipində fərqli görünəcək
Özünəməxsus səsi və ifası ilə seçilən müğənni Bahar Lətifqızı yeni klip çəkdirib. Bu haqda Vətəninfo.az-a məlumat verən sənətçi bildirdi ki, bu dəfə sözləri Nüsrət Kəsəmənliyə, musiqisi gənc bəstəkar-müğənni Fidan Süleymanovaya aid olan “Qayıtma”nı ekranlaşdırıb: “Bu mahnını Azərbaycan və fars dillərində ifa etmişəm. Nüsrət Kəsəmənlinin sözlərini fars dilinə də tərcümə etmişik. Mahnı çox xoşuma gəldiyi üçün, düşündüm ki, klip də çəkdirim. Bu klipin bir hissəsini biz İsveçdə lentə aldırmışıq. Həmin hissə qarlı havada çəklib. Amma sonradan qərar verdim ki, klipin bir hissəsi də Bakımızda çəkilsin. Bunun üçün də qış fəslinin gəlməsini gözləyirdim. Bakıda olan çəkilişi isə şəhərimizdəki otellərdən birində gerçəkləşdirdik. Artıq çəkilişlərimiz bitib. Klipin mövzusu mahnının sözlərinə uyğun olaraq lentə alınıb. Belə ki, xanım gedən sevgilinin qayıtmamasını istəyir”.
Sənətçi onu da bildirdi ki, bu klipdə fərqli imicdə görünəcək: “Sənətçi olaraq tamaşaçıların qarşısına yeni imicdə çıxmağı özümə borc bildim. İnşallah Yeni il ərəfəsində klipi tmaşaçılara təqdim edəcəm”.
Müğənni sonda onu da dedi ki, bugünlərdə Azərbaycan televiziyalarında yayımlanan verilişlərdən birinin çəkilişi üçün Türkiyəyə gedəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR