"Bakı-2015” ilk Avropa Oyunlarında təmsil olunmuş italiyalı karateçilər uğurlu çıxışları ilə yadda qalıblar. Təcrübəli və güclü karateçilərin iştirak etdikləri gərgin qarşılaşmaların medalçıları arasında 22 yaşlı italiyalı idmançı Mattia Busato da var idi. Komandasına gümüş medal qazandıran karateçi Bakıdakı möhtəşəm atmosferin onu heyran etdiyini bildirib: "Bakıda Avropa ölkələrindən, o cümlədən İtaliyadan bir sıra Olimpiya Oyunlarının çempionları mübarizə aparırdılar. Bu da yarışları daha da həyəcanlı və gərgin edirdi. "Bakı-2015” ilə Yay Olimpiya Oyunları arasında heç bir fərq görmədim. Tədbir bütün aspektlərdən Olimpiya Oyunlarını xatırladırdı: möhtəşəm idman obyektləri, müasir şəhər, Dubayı xatırladan meqapolis, neft və qaz ehtiyatları ilə zəngin bir ölkə”.
"Bakı-2015”də əldə etdiyi nəticədən razı qaldığını vurğulayan Mattia Busato deyib: "Yarışlar mənə böyük təcrübə qazandırdı. Qızıl medala çox yaxın idim, lakin finalda etdiyim səhvlər məğlubiyyətimə səbəb oldu. Bu Oyunlarda topladığım güc və təcrübə ilə növbəti beynəlxalq turnirlərə daha həvəslə hazırlaşacağam".
Xatırladaq ki, Mattia Busato 2012-ci ildə keçirilmiş karate üzrə dünya çempionatının qalibidir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL