"Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək”.
Bunu Vizual.az-a açıqlamasında "Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, "Qarabağ” klubu bununla bağlı quruma müraciət edib:
"Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb. Qərara aldıq ki, azarkeşlərin evlərinə getmələrini təmin etmək üçün 1 saat artıq işləyək. Çalışacağıq ki, bütün azarkeşlər metrodan istifadə edə bilsin”.
N.Paşayev qeyd edib ki, ehtiyac olacağı təqdirdə bu müddətin daha da uzadıla bilər.
Qeyd edək ki, noyabrın 26-sı saat 22:00-da "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Totenhem" klubu ilə qarşılaşacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL