Vətəninfo.az xəbər verir ki, Bakıda inşa olunan Olimpiya stadionunun videosu yayımlanıb. ANS PRESS-in məlumatına görə, stadionun görüntüləri YouTube sosial şəbəkəsinə yerləşdirilib. Videoçarx 2 dəqiqə 38 saniyəlikdir. Orada möhtəşəm stadionun həm xarici, həm də daxili görünüşü əks edilib. Gecələr isə stadionun divarları üzərində Azərbaycan bayrağı və Olimpiya oyunlarının loqoları əks edilib.
Qeyd edək ki, stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Stadionunun layihələndirilməsi ilə bağlı ilkin işlərə isə 2008-ci ildən başlanıb. İnşasının 2015-ci il fevralın 1-də başa çatdırılması nəzərdə tutulub. Bakı Olimpiya Stadionunun hündürlüyü 60 metrdir. Stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Stadionun ümumi ərazisi 32 hektar olacaq, onun örtülü hissəsi 300 min kv.m ərazidə yerləşəcək. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində inşa edilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR