Bakı birinci Avropa Oyunlarının loqosunu əks etdirən reklam lövhələri ilə bəzənib.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC “Bakı-2015”-ə istinadla xəbər verir ki, Avropa Oyunları haqqında yerli və beynəlxalq ictimaiyyət arasında məlumatlılığı artırmaq məqsədilə indiyədək bir sıra işlər görülüb. Bunların sırasına şəhər ətrafında müxtəlif yerlərdə reklam lövhələrinin yerləşdirilməsindən təyyarələrdə “Bakı-2015”-in loqosunun əks olunmasınadək fərqli istiqamətlərdə təqdimat işləri daxildir.
“Bakı-2015”-in təqdimatı üçün hazırlanmış ən böyük reklam lövhəsi “Abşeron” mehmanxanasının binasına quraşdırılıb. Bu lövhənin hündürlüyü 60,4, eni isə 32,7 metrdir. Həmçinin paytaxtın müxtəlif yerlərdə “Bakı-2015”-in rəsmi simvollarını əks etdirən 18-dək rənglənmiş heykəllər də quraşdırılıb.
“Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinə məxsus minik avtomobilləri və mikroavtobuslarla yanaşı, 995 ədəd taksi, eyni zamanda, “Azərbaycan Hava Yolları”ına (AZAL) aid 10 təyyarədə də mötəbər yarışın loqosu əks olunub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR