Maştağada qətl: ana Ağayeva Həyat və oğul Ağayev Emil
Sosioloq bildirib ki, ailə münaqişələrinin bir hissəsi də mənəvi-əxlaqi səbəblərlə bağlıdır:
"Əxlaqsızlıq hallarının artması, ailə dəyərlərinin zəifləməsi və bu zəmində baş verən cinayətlər ümumi vəziyyəti daha da ağırlaşdırır. Nəticə etibarilə, bu proseslər həm kriminal vəziyyətin pisləşməsinə, həm də sosial münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır. Ailə daxilində, dostlar arasında, iş mühitində və hətta gündəlik məişət münasibətlərində adi anlaşılmazlıqların belə ağır nəticələr doğurduğu hallara tez-tez rast gəlinir. Bu baxımdan cəmiyyətin sağlamlaşdırılması məqsədilə sistemli və məqsədyönlü iş aparılmalıdır. Mənəvi dəyərlər uşaqlıqdan təbliğ olunmalı, milli-mənəvi irsimiz qorunmalı və inkişaf etdirilməlidir. İnsanlara həyatın yalnız maddi ölçülərlə qiymətləndirilməməsi, insani və ailə münasibətlərinin milli dəyərlər üzərində qurulmasının vacibliyi aşılanmalıdır”.
Həyat yoldaşını bıçaqlayan Emil Əliyev
Ekspert qeyd edib ki, son illər "müasirlik” və "azadlıq” adı altında ailə modeli və uşaq tərbiyəsində aparılan köklü dəyişikliklər bir çox hallarda mənfi nəticələrə səbəb olur:
"Cəmiyyətdə sosial münasibətlər elə qurulmalıdır ki, insanlar daimi stress və hüquq pozuntuları ilə üzləşməsin. İş və sosial mühitdə gərginliyin azaldılması, əxlaqsızlığın və mənəviyyatsızlığın yayılmasının qarşısının alınması sağlam münasibətlərin formalaşmasına şərait yaradar. Bütün bu amillər birgə şəkildə cəmiyyətin mənəvi və psixoloji baxımdan sağlam olmasını təmin edən əsas faktorlardır. Əgər bu sahələrdə deqradasiya davam edərsə, onun təsirləri sosial həyatda, kriminal vəziyyətdə və psixi problemlərin artmasında daha qabarıq şəkildə özünü göstərəcək. Buna görə də həm milli-mənəvi, həm də sosial müstəvidə sağlam cəmiyyətin formalaşdırılması üçün ardıcıl, məqsədyönlü dövlət və ictimai siyasət həyata keçirilməlidir”.