“”Bakı-2015” I Avropa Oyunlarında medallar uğrunda mübarizə aparacağıq”.
Bu barədə Rusiya milli komandasının üzvü, sambo üzrə dünya və Avropa çempionu Anna Xaritonova bildirib.
Rusiya Olimpiya Komitəsində sambo üzrə Rusiya milli komandasının Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakına həsr olunan mətbuat konfransında iştirak edən idmançı “Bakı-2015”də yeni tətbiq olunan qaydaların rusiyalı idmançılar üçün problem olmayacağını söyləyib: “Medallar uğrunda mübarizə aparacağıq. Bakıda oyunların yüksək səviyyədə keçiriləcəyinə əminəm”.
A. Xaritonova Bolqarıstan və Belarusdan olan idmançıları əsas rəqib kimi gördüyünü deyib.
Dəfələrlə dünya və Avropa çempionu olmuş Artyom Osipenko da Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu söyləyib: “Səbirsizliklə Bakıda keçiriləcək idman yarışını gözləyirik”.
Yarışların nəticələri barədə proqnoz verməkdə çətinlik çəkən rusiyalı samboçu bildirib ki, dünyada sambonun səviyyəsi ildən ilə artır: “Dünya və Avropa çempionatlarına bütün ölkələrdən ən yaxşı idmançılar qatılır. Ona görə də, hesab edirəm ki, Bakıda keçiriləcək Avropa Oyunları sadə olmayacaq”.
Qeyd edək ki, iyunun 12-dən 28-nə kimi Azərbaycan paytaxtında keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Rusiya milli komandasının tərkibinə 360 idmançı daxildir. Onlardan 8-i sambo idman növü üzrə yarışacaq.
APA
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR