"Məktəbə buraxılmayan VII sinif şagirdinin atası dünən polis bölməsində izahat yazıb və bu həftədən qızının məktəbə gələcəyini bildirib".
Miq.az A24.az-a istinadən xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasına Bakı şəhəri 216 nömrəli orta məktəbin direktoru Elnur Bayramov məlumat verib. Direktorun sözlərinə görə, həmin şəxs qızının müalicə aldığı üçün dərslərdə iştirak etmədiyini deyib.
"Qızın atası Rusiyadan gəlib. Məktəblinin dərsə buraxılmaması ilə bağlı polisdə iş aparılır. Atası yazılı izahat verib ki, onun dərsə gəlməsi təmin olunacaq. Qızın ərə getməsi barədə deyilənlər isə yalandır. Yetkinlik yaşına çatmayan qızın ərə verilməsindən söhbət gedə bilməz", – deyə E.Bayramov vurğulayıb.
Qeyd edək ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə dərs ilinin əvvəlindən VII sinif şagirdinin (müvafiq səbəblərə görə qız şagirdin adı yazılmır – red.) dərsə davamiyyəti ilə bağlı problem yaranıb. Şagirdin nənəsi yolun uzaq olduğunu, anasının müalicə aldığını, atasının isə Rusiyada işlədiyini səbəb gətirərək onu dərsə gəlməsinin mümkün olmadığını söyləyib.
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb