Ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar peyda olub.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, bulvarda bir neçə yerdə ilanla rastlaşılıb.
Bundan başqa da, şəhərin müxtəlif yerlərində sürünənlərə rast gəlinib. Hətta ilanlar insanları gediş-gəliş etdiyi ərazilərə də dadanıblar. Vətəndaşlardan biri "28 Mall”da ilanla rastlaşıb. İlanı ticarət mərkəzinin avtodayanacağında görüblər.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Bakı bulvarında ilanların peyda olması ilə bağlı BAKU.WS-də yayılan məlumatlara münasibət bildirib.
İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntülərindən çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.
Zooloq Xəzər sahilində də ilanlara rast gəlməni adi hal hesab edib:
"Bulvarda ilanların peyda olması ilə bağlı bizə məlumat daxil olmayıb. Amma orada ilanlar olsa belə, bu, adi haldır.
Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar. Onlar adətən qidalarını dənizdə qəbul edirlər, Günəş şüası qəbul etmək üçün sahilə çıxır, sonra yenidən dənizə qayıdırlar. Su ilanları insan üçün təhlükəli deyil".
Sahibkar Fərqanə Abbasova Prezidentdən kömək istəyir- “Ölümlə TƏHDİD EDİLİRƏM, mülküm əlimdən alınır”
Məzahir Pənahov yenidən MSK-ya sədr seçildi
Afaq Vəliməmmədova birinci oldu - 7 ölkə arasında parlayan azərbaycanlı
“Avropada belə Azərbaycandakı qədər azad seçki keçirilməyib”
Deputat: “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz”
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: “2-3 min adam üçün nəyə lazımdır?”
Məzahir Pənahovla bağlı qərar verildi - SON DƏQİQƏ
Azərbaycanda yerli din xadimlərini nüfuzdan salmaq kimə sərf edir?
100 min muzdlu göndərilir: İrəvanda qan töküləcək - Kremlin dəhşətli planı üzə çıxdı
İran nüvə silahı ilə vurulacaq? - Tramp AÇIQLADI
Afaq Vəliməmmədova birinci oldu - 7 ölkə arasında parlayan azərbaycanlı
YAP-çı deputat insan haqlarının durumu ilə bağlı tənqidləri qəbul etmir
“Avropada belə Azərbaycandakı qədər azad seçki keçirilməyib”
Müəllimlər buna görə 60 manat ödəyəcək - Əli Əsədov qərar verdi
100 min muzdlu göndərilir: İrəvanda qan töküləcək - Kremlin dəhşətli planı üzə çıxdı