İngiltərənin futzal üzrə çempionatında çıxış edən “Odlar Yurdu” Təşkilatının “Baku United” adlı futzal klubu yerli futzal ictimaiyyətini təəccübləndirməkdə davam edir. Liqanın debütantı “Baku United” çempionatının ikinci mərhələsinin ilk oyununun heyətində İngiltərə yığmasının oyunçularını birləşdirən “Lofboro” klubuna 6-1 hesabı ilə qələbəsindən sonra aprelin 21-də səfərdə Lids klubu ilə qarşılaşıb. “Baku United”in oyunçuları görüşün əvvəlindən təşəbbüsü ələ alaraq meydan sahiblərini yalnız müdafiə barədə düşündürməyə məcbur ediblər. Rəqib komanda müəyyən müqavimət göstərməyə çalışsa da, səviyyə fərqi öz sözünü demiş və “bakılılar” səfərdə 12-0 hesabı ilə inamlı qələbə qazanmışlar. Bu qələbə “Baku United”-i D qrupunun lideri etmişdir.
Xatırladaq ki, İngiltərə çempionatının birinci mərhələsində “Baku United” klubu çıxış etdiyi Cənub Liqasında 2-ci yer tutaraq play-off mərhələsinə vəsiqə qazanıb və bu mərhələdə “Lofboro” və “Lids” klubları ilə birgə D qrupuna düşüb. Dörd komandanın iştirakı ilə keçiriləcək “Qrand Final”-a vəsiqə qazanmaq üçün komandamız öz qrupunda birinci yer tutmalıdır.
Növbəti oyununu “Baku United” aprelin 28-də səfərdə “Lofboro” klubuna qarşı keçirəcək. Bu oyunda “Baku United” qələbə qazanarsa, faktiki olaraq “Qrand Final”da yerini təmin edəcək.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR