Barak Obamadan İlham Əliyevə Ramazan TƏBRİKİ

Barak Obamadan İlham Əliyevə Ramazan TƏBRİKİ

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama prezident İlham Əliyevi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Vətəninfo.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən bizim güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olur. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir aydır.

Qoy qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin.

Ramazan bayramınız mübarək!”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az