Erik Abidal doqquz saatlıq əməliyyata məruz qalıb
“Barselona” klubu Fransa yığma komandasının müdafiəçisi Erik Abidala qara ciyər köçürülüb. “Vətəninfo” ANSPRESS-ə istinadən məlumatına veriri ki, qara ciyər transplantasiyası əməliyyatı doqquz saat davam edib. “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola əməliyyatın uğurla keçib-keçməməsinin yalnız 48 saatdan sonra müəyyənləşəcəyini bildirib. Erik Abidalın əməliyyatı “Barselona” klubuna məxsus olan “Barna” klinikasında həyata keçirilib. Qeyd edək ki, hələ 2011-ci ilin yazında Erik Abidalın qara ciyərində aşkar edilən şiş götürülmüşdü. Ancaq bundan sonra xəstəlik inkişaf edərək transplantasiyanı vacib etmişdi. Xatırladaq ki, Erik Abidal “Barselona” klubunda 2007-ci ildən çıxış edir. O, Kataloniya klubunun heyətində üç dəfə İspaniya çempionu olub. İki dəfə isə Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR