Nigar Yaqublunun əfvi üçün prezidentə müraciət olunsun
Milli Məclisin bu gün keçirilən iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev dırnaqarası qiyamət günündən sağ çıxdıqları üçün bütün deputatları təbrik edib.
Daha sonra millət vəkili təkliflə çıxış edərək bildirib ki, parlament Əfv Komissiyasının iclası başladığına görə, prezidentdən müsavatçı gənc Nigar Yaqublu da daxil olmaqla, adları siyasi məhbus kimi keçən şəxslərin əfv olunması üçün müraciət etsin.
“Onların əfv olunması ilə bağlı beynəlxalq təşkilatların əlinə fürsət verməməliyik. Onların buraxılması bu təşkilatların əlindəki fürsəti almaqdır. Ona görə, parlament bu məsələyə diqqətini yönəltsə, daha yaxşı olar”.
Daha sonra Q.Həsənquliyev qeyd edib ki, Avropa Parlamentində Dağlıq Qarabağ məsələsinin gündəliyə çıxarılmasını bütövlükdə parlamentin xarici siyasətdə oynadığı rolun nümunəsi saymaq olar.
Deputat bu məsələdə millət vəkili Elxan Süleymanovun mühüm rolunun olduğunu vurğulayıb.
Lakin spiker Oqtay Əsədov bildirib ki, bu Elxan Süleymanovun şəxsi təşəbbüsü ilə həll olunmayıb, bu, Azərbaycan parlamentinin gördüyü işlərin nəticəsidir.
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR