Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Biz teatrı sevirik” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Teatrın mətbuat xidmətindən “Vətəninfo.az”a verilən məlumata görə, tədbiri teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov açaraq, layihənin həyata keçirilməsinin əsas məqsədləri haqqında fikirlərini bölüşüb. Gənclərin dünyagörüşlərinin formalaşmasında səhnə əsərlərinin əvəzsiz rolu olduğunu qeyd edən M.Həmidov “Biz teatrı sevirik” layihəsinin də məhz bu məqsədlə reallaşdırıldığını vurğulayıb.
Daha sonra M.Həmidov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təbliği, uşaq və gənclərdə teatra maraq hissinin aşılanmasında fəal iştiraklarına görə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva və 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənovaya teatrın fəxri diplomlarını təqdim edib.
Tədbirdə Azərbaycan İctimai-Siyasi Universitetin professor, müəllim və tələbə kollektivi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, 53 saylı orta məktəbin əməkdaşları, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin üzvləri, Bilgəhdəki müharibə və əlillər pansionatının sakinləri, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdən sonra görkəmli dramaturq Ə.Haqverdiyevin “Pəri Cadu” tamaşası nümayiş etdirilib.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR