Vətəninfo.az xəbər verir ki, Braziliya yığmasının oyunçusu Neymar son oyunda ağır zədə alıb. Müayinə nəticəsində məlum oldu ki, Neymarın üçüncü onurğa fəqərəsi sınıb. ANS PRESS-in məlumatına görə, bunu Braziliya yığma komandasının həkimi Rodriqo Lazmar futbolçu Neymarın həkim müayinəsinin nəticələrini açıqlayarkən deyib. Həkimin sözlərinə görə, Neymarın belə zədə alması onun hərəkət etməsinə ciddi təsir göstərir.
“Doğrudur, onun əməliyyat olunması ehtimalı sıfıra bərabərdir. Amma o, artıq dünya çempionatının növbəti oyunlarında iştirak edə bilməyəcək. Neymarın tamamilə sağalması üçün 4-6 həftə vaxt lazımdır”, deyə Lazmar bildirib. Həkim onu da əlavə edib ki, yaxın günlərdə Neymar yenidən həkim müayinəsindən keçəcək.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının ¼ finalında Braziliya-Kolumbiya oyununda Neymar rəqib komandanın oyunçusu Xuan Suniqa ilə toqquşması nəticəsində zədə almışdı. Braziliya yığması növbəti oyununu ½ finalda Almaniya millisi ilə qarşılaşacaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR