Çili millisinin futbolçularından isə M.Pinilla, A.Sançez və Q.Jara zərbələri dəqiq yerinə yetirə bilməyiblər
Braziliyada təşkil olunmuş futbol üzrə XX dünya çempionatında səkkizdəbir final mərhələsinin ilk oyunu keçirilib. Vətəninfo.az xəbər verir ki, iyunun 28-də Belu Orizonti şəhərindəki “Mineyran” stadionunda Braziliya və Çili yığmaları qarşılaşıb.
İngiltərəli baş hakim Hovard Uebin idarə etdiyi görüşün əsas vaxtı 1-1 hesabı ilə başa çatıb. David Luiz 18-ci dəqiqədə braziliyalıları hesabda irəli çıxarsa da, Çili millisinin hücumçusu Aleksis Sançez 32-ci dəqiqədə bərabərlik qolunu vurub.
Əsas vaxtda qapılara əlavə qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri təyin olunub. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən braziliyalılar dörddəbir final mərhələsinə vəsiqəni təmin ediblər. Braziliya yığmasının heyətində Uillian və Hulk, Çili millisinin futbolçularından isə M.Pinilla, A.Sançez və Q.Jara zərbələri dəqiq yerinə yetirə bilməyiblər.
Beşqat dünya çempionları dörddəbir finalda Kolumbiya – Uruqvay qarşılaşmasının qalibi ilə görüşəcəklər.
1/8 final
28 iyun
Braziliya – Çili - 1:1
Qollar: Luis, 17 - Sançes, 33
Penaltilər seriyası: Luis, (1:0); Pinilia, (1:0); Villian, (1:0); Sançes, (1:0); Marselo, (2:0); Aranqis, (2:1); Halk, (2:1); Dias, (2:2); Neymar (3:2); Qonzalo (3:2)
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR