“Azərbaycanda siyasi partiyaların inkişafının qarşısını alan əngəllər mövcuddur”.
“Vətəninfo.az” "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bildirib. O söyləyib ki, sözügedən əngəllərdən biri də maliyyə məsələsi ilə bağlıdır. “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi nəzərdə tutulub.
İ.İsmayılov deyib: “Mən bunu müsbət qiymətləndirirəm. Amma “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərdə xoşagəlməz məqamlar da mövcuddur. Bu məqamlardan biri odur ki, məhkəmə qərarı çıxmamışdan əvvəl siyasi partiyanın fəaliyyəti hər hansı icra stukturu tərəfindən dayandırıla bilər. Bu, Azərbaycan Konstitusiyasına zidd müddəadır və mən bunun əleyhinəyəm. Digər yalnış məqam odur ki, müharibə təbliğatı aparmaq olmaz. Hesab edirəm ki, hazırda Ermənistan ilə müharibə şəraitində olan Azərbaycanda müharibə təbliğatı olmalıdır. Çünki, bu məqamdan kimlərsə su-istifadə edə bilərlər”.
Xatırladaq ki, bu gün keçirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklər müzakirə olunub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR