Bu gün 31 bankın kartı işləməyəcək

Bu gün 31 bankın kartı işləməyəcək
Bu gün saat 14:30-dan 15:30-a kimi "Azericard" Prosesinq Mərkəzi göstərdiyi xidmətləri qismən məhdudlaşdıracaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə "Report"a "Azericard" MMC-dən məlumat verilib.

Məlumata görə, mərkəzin fəaliyyətini məhdudlaşdırması sistemdə aparılan təmir işləri ilə əlaqədardır.

Qurumun açıqlamasına görə, qeyd olunan vaxt ərzində plastik kartlar üzrə onlayn rejimdə əməliyyatlar həyata keçirilməyəcək.

Qeyd edək ki, "Azericard" Prosesinq Mərkəzi 31 bank təşkilatına xidmət göstərir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az