İranın dağlıq Qarabağ məsələsində vasitəçilik etməsi istəyinə “Vətəninfo.az” saytına münasibət bildirən politoloq Natiq Miri hesab edir ki, İranın Dağlıq Qarabağ münaqişəsinə vasitəçilik etməsi üçün Azərbaycanın İrana güvənməsi lazımdır: “Ancaq bu gün İrana qarşı inam çox böyük zərbə alıb. Azərbaycan müstəqillik əldə etdikdən bu yana bütün zamanlarda İran tərəfindən təhdid olunub və bu təhdid hələ də davam etməkdədir. Bu təhdidlər təxribatlar vasitəsilə eyni zamanda ciddi kəşfiyyat şəbəkələri yaradılması yolu ilə Azərbaycanda davam edir”-deyə vurğulayıb. Politoloq hesab edir ki, İranın bu problemi çözməsi üçün münaqişə tərəflərinə ciddi təsir imkanları olmalıdır. “Bu gün İran öhdəlik götürürmü ki, işğal faktorunu həyata keçirən Ermənistan dövlətini torpaqları geri qaytarmaq üçün məcbur edə biləcək? Nədənsə bu haqda düşünmədən vasitəçilik etmək istəyirlər”-deyə qeyd edib. İranın vasitəçiliyinə Azərbaycanın razı olması üçün İran dövləti Azərbaycana güvənc və dəlil verməli olduğunu vurğulayan politoloq qeyd edib ki, xüsusilə də Azərbaycanla Ermənistan arasında münasibətlərdə Ermənistandan yana davranış sərgiləməməlidir. Onun sözlərinə görə bu gün İran Ermənistan dövlətinə qardaşdan artıq qayğı göstərir.“Bu gün İran olmasa, bir neçə ay ərzində Ermənistan dövləti çökər. Ermənistanı ayaqda durduran dövlət İran dövlətidir”,-deyə əlavə edib.
Ramilə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR