Milli Məclisin payız sessisyası üçün son plenar iclası cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirir. Deputat Siyavuş Novruzov həmkarı Fazil Mustafanın fikrinə münasibət bildirib. “Fazil Mustafa deyir ki, Azərbaycanda siyasi məhbus məsələsi var. Bu doğru yanaşma deyil. Hər hansı qəzetdə çalışmaq, hər hansı siyasi partiyanın üzvi olub, sonra cinayətə cəlb olunmaq siyasi məhbus anlamını vermir. Hər kəs törətdiyi cinayətin cəzasını çəkməlidir”.
Daha sonra o, Nigar Yaqublu məsələsi barədə danışıb. Qeyd edib ki, bununla bağlı müəyyən fikirlər söyləyirlər. “Belə cinayət törədənlər 7 il, bəzən 9 il həbs olunurlar. Birincisi, məsələ tam yekunlaşmayıb, ikincisi bununla bağlı həbs müzakirə olunur. Bunu şouya çevirmək düzgün deyil. Bununla bağlı Milli Məclisin deputatları da qol çəkib bir namə də göndərmişdilər”.
S. Novruzov həmçinin qeyd edib ki, Konstitusiyaya əsasən, prezident seçkiləri gələn ilin oktyabr ayının 3-cü həftəsinə düşür. “Bu vaxta eyni zamanda Qurban bayramı düşür. Bəzi siyasətçilər bunu hakimiyyətin seçki gününü dəyişmək kimi qiymətləndirirlər. Heç olmazsa bayram günlərində düşünsünlər, bu qədər qarayaxma olmaz, hər kəs qanuna tabe olmalıdır”.
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR