Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqada keçiriləcək sammitinə getməkdən imtina etməsi siyasi gündəmin əsas mövzularından biridir. Vətəninfo.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Modern.az saytına açıqlama verib.
Deputat bildirib ki, ölkə başçısı İlham Əliyevin Riqa sammitində iştirak etməməsi Azərbaycanla Avropa Birliyi münasibətlərinə xələl gətirməyəcək.
O xatırladıb ki, Azərbaycan enerji sahəsində Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalayıb və bu istiqamətdə əməkdaşlıq genişlənmək üzrədir.
“Azərbaycanla Avropa Birliyi ümumi strateji tərəfdaşlıqla bağlı müvafiq sənədin hazırlanması üzərində birgə işlər aparır. Yaxın müddətdə bu sənədin imzalanacağı istisna deyil”.
Asim Mollazadə söyləyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olmasına baxmayaraq Avropa Birliyi ona xoş münasibət bəsləyir.
“Ermənistan Azərbaycanın ərazisini işğal etməsinə, beynəlxalq qanunları kobudcasına pozmasına və Rusiyanın yaratdığı Avrasiya Birliyinin üzvü olmasına baxmayaraq Avropa Birliyi ona xoş münasibətdədir. Mən bunu təəssüf doğuran amil kimi qiymətləndirirəm”.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?