Bakı 2015 Avropa Oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Budapeşt şəhərində rəsmi səfərdədir.
Nazirlikdən Vətəninfo.az-a verilən məlumata görə, bu gün Budapeştin məşhur “Viqado” Mərasim Zalında baş tutacaq təqdimat mərasimində nazir Azad Rəhimov çıxış edərək, ölkənin birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.
Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları I Avropa Oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində ölkəmizin mədəniyyətini, tarix və adətlərini, I Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən videoçarx nümayiş olunacaq.
Tədbirdə müxtəlif ölkələrin Macarıstandakı diplomatik nümayəndələri, dövlət məmurları, parlament üzvləri və jurnalistlər də iştirak edəcək.
Təşrif buyurmuş qonaqlara eyni zamanda Azərbaycan milli mətbəxindən yeməklər də təqdim ediləcək. Sərgi çərçivəsində qonaqlara I Avropa Oyunları ilə bağlı bukletlər, suvenirlər və jurnallar da paylanacaq.
Tədbirin sonunda qonaqlara konsert proqrami təqdim olunacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR