“Bunlar çəkilişə gəlib, yoxsa vitrinə çıxmağa?”

“Bunlar çəkilişə gəlib, yoxsa vitrinə çıxmağa?”

“İndi vəziyyət o yerə gəlib çatıb ki, biz ekranda gedən verilişlərin məzmununu, cəmiyyətin dərdlərini nə dərəcədə əks etdirməsini, milli problemlərə necə yanaşmasını, mürəkkəb geosiyasi vəziyyətdə bizi gözləyən təhlükələrdən necə yaxa qurtaracağımızı, verilişlərin peşəkarlıq səviyyəsini bir tərəfə qoyub, bəzi dar düşüncəli, özünü kamera qarşısında idarə edə bilməyən, geyiminə, danışığına diqqət yetirməyən şou əhlinin davranışlarını müzakirə edirik”.

Vətəninfo.az  xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli müğənni Röya Ayxanın ötən gün ATV telekanalının canlı efirindəki geyimini tənqid edərkən deyib. Q. Məhərrəmli müğənni və telekanallar haqqında sərt danışıb: “Bu cür düşük, səviyyəsiz və bayağı adamların efiri zəbt etməsi böyük biabırçılıqdır. Bəzən müğənnilər və hətta bəzi xanım aparıcılar elə formada ekrana çıxır, elə jestlər edirlər ki, başa düşmürsən, bunlar televiziya studiyasına çəkilişə gəliblər, yoxsa "qırmızı fanarlar" küçəsində vitrinə çıxmağa? 

Bu adamlar üçün meydan o qədər genişlənib ki, onlar geyim və davranış məsələsində özəl televiziyaların rəhbərləri qarşısında şərtlər də qoya bilirlər. Ona görə bəzən kanal rəhbərlərini qınamaq olmur, reklam asılılığı ciddi güzəştlər tələb edir. Məncə səviyyəli müğənninin soyunmağa, erotik davranışa ehtiyacı yoxdur, bu kimi jestlər dayazlığı ört-basdır etmək üçün kara gəlir. Bəzi dayaz media qurumlarının bu müğənniləri reklam etməsi də öz mənfi təsirini göstərir. Amma bütün bunlarla yanaşı, həm televiziya rəhbərləri, həm də MTRŞ açıq-saçıq geyimlə bağlı ortaya kəskin mövqe qoymalıdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az