Aprelin 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcək.
Opera və Balet Teatrının mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, tamaşada əsas partiyaları Rusiya Akademik Böyük Teatrının aparıcı solisti – prima-balerina, Rusiyanın Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Marianna RIJKİNA və Böyük Teatrın balet truppasının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Vladislav LANTRATOV ifa edəcəklər.
Tamaşanı Azərbaycan Respublikasının Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
2011-ci ildə İngiltərədə keçirilən beynəlxalq klassik balet festivalında M.Rıjkina və V.Lantratov “Don Kixot” tamaşasında Kitri və Bazil partiyalarının ən yaxşı ifaçıları üçün təsis edilmiş mükafata layiq görülmüşlər.
Böyük Teatrın ulduzları bir sıra başqa ölkələrdə də uğurlu qastrol səfərlərində olmuş və öz çıxışları ilə KİV və tamaşaçıların rəğbətini qazanmışlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR