Vətəninfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, “Salam, Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova efirdə adını çəkmədiyi Xalq artistindən danışıb. Tanınmış teleaparıcı Xalq artistinin belə demək mümkünsə, yalanının üstünü açıb: “Təxminən bir il əvvəl agentlik jurnalisti Xalq artistinə zəng edib. Qalmaqallı məsələ ilə bağlı münasibətini öyrənmək istəyib. Soruşub ki, sizin filan müğənni xanımla məhkəmə çəkişməniz necə oldu? Xalq artisti cavabında, “Mən indi İsveçdəyəm. Burada diaspora nümayəndələri əyləşiblər. Canım, məni birisi gün yığın”, - deyib. Həmin jurnalsitin digər həmkarı deyib ki, sən narahat olma, bir az keçsin, mən də ona zəng edərəm. Təxminən bir saat keçəndən sonra həmin jurnalist müğənniyə zəng edir ki, bəs filankəs xanım, necəsiniz? Mən sizdən məhkəmə çəkişməniz olan müğənni ilə bağlı məlumat almaq istəyirəm. Xalq artisti cavab verir ki, mən indi Pirquludayam. Oturmuşam, çay içirəm. Jurnalsit də məətəl qalır, deyir ki, filankəs xanım, axı təxminən 1 saat əvvəl siz İsveçdəydiniz? Xalq artisti isə bu cavabı verir: “Cındırlar, mən Xalq artistiyəm, istəsəm İsveçdə olaram, istəsəm Pirquluda”. A.Səfərova bu hadisəni danışsa da, söhbətin hansı Xalq artistindən getdiyini deməyib. Həmin videonu oxucularımıza təqdim edirik.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR