Vətəninfo.az xəbər verir ki, bu gün Dünya Kubokunun 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq. Axar.az xəbər verir ki, keçiriləcək iki oyunla növbəti yarımfinalçılar bəlli olacaq. İlk olaraq meydana Argentina və Belçika milliləri çıxacaq. Bu komandalar indiyədək üç dəfə qarşı-qarşıya gəlib. İki dəfə Argentina, bir dəfə isə Belçika millisi meydanı qalib tərk edib. Matçı Nikola Rizzolinin idarəçiliyi ilə italyan hakim heyəti idarə edəcək.“Estadio Nəşnl” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Hollandiya - Kosta-Rika
Gecənin digər oyununda isə Hollandiya və Kosta-Rika yığmaları yarımfinal uğrunda mübarizə aparacaq. Tarixlərində ilk dəfə qarşı-qarşıya gələn yığmaların matçını özbəkistanlı hakim Ravşan İrmatov idarə edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək. Bu cütlüklərin qalibləri yarımfinalda üz-üzə gələcək. Xatırladaq ki, artıq dünən keçirilən oyunların nəticəsinə uyğun olaraq Braziliya və Almaniya milliləri yarımfinalda qarşılaşacaq. Bu mundialın sürpriz komandaları Kosta-Rika və Belçikadır. Ona görə futbol fanatları bu komandaların yarımfinala çıxıb-çıxmayacaqlarını maraqla izləyirlər.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR