Danimarka Krallığında fəaliyyət göstərən “Vətən” Cəmiyyəti ölkədə böyük tirajla nəşr olunan “Metro Xpress” qəzetində Daglıq Qarabağa turist səfərlərinin təşkili və bu səfərlərin təbliği barədə məqaləyə etiraz əlaməti olaraq qəzetin rəhbərliyinə məktubla müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Vətəninfo”ya verilən məlumata görə, Danimarka və ingilis dillərində göndərilmiş etiraz məktubunda Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu, onun ermənilər tərəfindən işğal edildiyi qeyd edilib. Məktubda BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən 4 qətnamənin qəbul edildiyi bildirilib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə turist səfərləri təşkil edən ermənilərin bu hərəkətlərinin qanunsuz olduğu və bunun beynəlxalq hüquq və norlamala zidd olduğu vurğulanıb. “Vətən” Cəmiyyətinin Danimarkada yaşayan azərbaycanlıların adından göndərdiyi etiraz məktubunda “Metro Xpress” qəzetinin gələcəkdə bu cür səhvlərə yol verməyəcəyinə ümid ifadə olunub.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR