DİN-in açıqlaması

DİN-in  açıqlaması

Daxili İşlər Nazirliyi "Kapital Bank" ASC-nin Abşeron filialında baş verən insidentə aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini polis polkovniki Ehsan Zahidov  bildirib ki, "Kapital Bank" ASC-nin Abşeron filialının sürücü inkassatoru Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib.
Bankın xidmətdə olan mülki mühafizəçisi Hamlet Şıxəliyevin sayıqlığı nəticəsində gecə saatlarında içəridən gələn səsdən duyuq düşüb. İçəridə sürücü inkassatoru aşkar edib. Sürücü inkassatoru Hikmət Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə hücum çəkib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini yaralayıb.
Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator hadisə yerindən qaçmağa müvəffəq olub.
Buna baxmayaraq dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.

Trend



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az