DİN-in idarə rəisi koronavirusdan öldü

DİN-in idarə rəisi koronavirusdan öldü

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov dünyasını dəyişib. 

Miq.Az-ın məlumatına görə, İlham Rəcəbov bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, rəis müavini təxminən bir ay əvvəl koronovirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də, vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılmışdı. 

Xatırladaq ki, İlham Rəcəbov təxminən bir il əvvəl Baş Dövlət Yol Polisi İdarəsində rəis müavini təyin olunmuşdu. Daha əvvəl isə Texniki şöbənin rəisi vəzifəsində çalışırdı. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az