Yazıçı, deputat Aqil Abbasın “Dolu” romanı və onun əsasında çəkilmiş film Şimali Kiprdə də nümayiş etdirildi. Yakın Doğu Universitetinin mimlərlə tələbəsi filmi seyr etməyə qatıldı. Dünən Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbas Yakın Doğu Universitetində azərbaycanlı tələbələrlə görüşüb.
Təşkil edilən tədbirdə şairin “Dolu” filmi izlənilib. Film eyniadlı “Dolu” romanı əsasında, ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Cəfərov olan film "Azərbaycanfilm" kinostudiyası tərəfindən lentə alınıb. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin nümayişindən dərhal sonra tələbələrlə fikirlərini paylaşan deputat bu mövzuda çəkilən filmlərin çox olmasını istədiyini bildirib. “Gəncliyin doğru məlumatlandırılması vacib amildir. Mən istərdim ki, gəncliyimiz rusca bilsin, amma rusca düşünməsin. Tarixi faktlar, məlumatlar rus ədəbiyyatlarında çox geniş şəkildə var, nə ingiliscə, nə də qeyri bir dildə bundan dolğun materiallar yoxdur və bu səbəbdən dili bilməyin tərəfdarıyam.” Eyni zamanda tələbələrin suallarını cavablandıran şair “Vətən qəbirstanlıqdan başlayır” şüarı ilə çıxış edib.
Toğrul SALEHLİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR