Xalq artisti Aygün Kazımova yenə də Türkiyə mətbuatının diqqət mərkəzindədir.
Vətəninfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, sənətçi “Haber Türk” qəzetinə müsahibə verib. O, dünya şöhrətli repçi Snup Doqla olan layihəsindən, şəxsi həyatından, yaradıcılığından və indiyədək keçirdiyi estetik əməliyyatlardan danışıb.
“Hər plastik əməliyyat mənim üçün böyük təhlükə, riskdir. Keçirdiyim plastik əməliyyatların sayını itirmişəm. Döşlərimi əvvəlcə böyütdüm, sonra da kiçiltdim. Burnumda da əməliyyat etdirmişəm. Vaxtilə həndbolla məşğul idim. Oyun zamanı dəfələrlə burnumu topun zərbəsi ilə zədələmişdim. Bundan başqa, liposaksiya əməliyyatı da keçirmişəm”.
“Müasir Azərbaycan pop musiqisinin inkişafında böyük əməyim olub”, - deyən Xalq artisti şəxsi həyatı ilə bağlı danışıb. Hələ indiyədək əsl sevgisini tapmadığını deyib:
“Nə zamansa əsl sevgimi tapsam belə, ərə getməyəcəyəm. Şəxsi həyat yaradıcılığa mənfi təsir edir. Həyatımda olan kişi işlərimə qarışır, məni qısqanır. Səhnədə açıq-saçıq geyinirəm, bu da kişilərin xoşuna gəlmir. Şəxsi həyatıma bu formada qarışanda isə heç bir xoşbəxtlikdən söhbət gedə bilməz. Qoy məni sevsinlər, mən artıq sevməyəcəyəm”.
Xatırladaq ki, Aygün Kazımova hazırda Türkiyənin DMC musiqi şirkəti ilə əməkdaşlıq edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR