Dünən nəhayətki son günlər gündəmdə olan “No Smoking” Film Festivalının açılış mərasimi gerçəkləşib. Addım yaradıcı gənclər assosiyasiyası və Səhiyyə Nazirliyinin İctimai İslahatlar Mərkəzinin təşkilatçılığı ilə reallaşan festivalın açılışı xüsusi təntənə ilə qeyd olunub. Lake Palace Hoteldə baş tutan gecədə Flora Kərimova,Fəxriyyə Xələfova,Eldar Qasımov, Ayaz Salayev,Elnarə Xəlilova,Elnur Məmmədov,Firdovsi Atakişiyev, Naina İbrahimova,Füzuli Məmmədov,Elza Seyidcahan və başqaları iştirak ediblər. Gecenin aparıcısı Hüsniyyə Məhərrəmova olub. Layihənin təşkilatçılarından olan xalq artisti Brilliant Dadaşova isə solo konsertinin məşqlərilə məşğul oldugundan gecəyə gələ bilməyib. O, mayın 31-i Park Cinemada gerçəkləşəcək təntənəli final gecəsində iştirak edəcəyini təşkilatçılara söz verib.Gecənin diqqət çəkən məqamlarından biri isə gecə boyu Merilin Monro və Çarli Çaplin personajlarının qonaqların arasında olması olub. Qeyd edək ki, festivala 47 film təqdim olunub. Finala keçən gənc rejisorlar isə aşağıdakılardır. Elvin Barbados, Jaymeel, Said Mammedov, Revan Cabbarov, Emin TLM, Nərmin Knyazlı,Fərid Rəsulov, Kamran Su, Nicat Xəlilov, Elmar Məmmədov, Ramil Muradov, Gülnarə Kərimova, Elvin İsmayıl, Dilarə Vəliyeva, Ramin Cəfərov, Mətin Hümmətov
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR