Vətəninfo.az Trend.az-a istinadən xəbər verir ki, Beynəlxalq İdman Tədqiqat Mərkəzi (CIES) "Barselona"nın və Argentina yığmasının forvardı Lionel Messini dünyanın ən bahalı futbolçusu adlandırıb. Futbol bazarının öyrənilməsinə həsr edilmiş illik hesabatda deyilir ki, Messinni dəyəri 200,2 milyon avro ilə 232,6 milyon avro civarındadır.
Reytinqdə ikinci yeri Madridin "Real" və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo yer alıb. Onun dəyəri 105,7 milyon avro ilə 122,9 milyon avro arasında tərəddüd edir. Üçlüyə "Liverpul"un və Uruqvay yığmasının ən yaxşı hücumçusu Luis Suares daxil edilib. CIES-in qiymətləndirməsinə görə, onun dəyəri 98,5 milyon avro ilə 114,5 milyon avro arasındadır.
Ən yaxşıların onluğuna həmçinin Eden Azar ("Çelsi"), Neymar ("Barselona"), Pol Poqba ("Yuventus"), Qaret Beyl ("Real"), Mesut Ozil ("Arsenal"), Edinson Kavani ("Pari Sen-Jermen") və Mario Qettse ("Bavariya") daxil olublar. Ötən illə müqayisədə Messinni orta dəyəri 19 milyon avro düşüb, Kriştianu Ronaldunun isə 4 milyon avro artıb. Reytinqdə Avropa milli çempionatlarının top-5-dən futbolçular nəzərə alınıblar. Reytinq bir çox amilləri, yəni idmançının yaşı, müqavilənin qalan müddəti, son bir ilin statistikası, həmçinin oyunçunun gəlişindən sonra klubun nəticələrində dəyişiklikləri nəzərə alaraq tərtib edilib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR