Azərbaycanın xalq artisti Arif Quliyev şəxsi arxivində olan sənədləri Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə hədiyyə edib.
Bu barədə "Report"a Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymur məlumat verib.
Onun sözlərinə görə, sağlığında şəxsi arxivini fonda hədiyyə edən sənət adamları az olur. "Dünyasını dəyişən sənətkarların arxivlərini toplamaq bəzən çətin başa gəlir. Bir çox sənədləri, fotoları əldə etmək üçün günlərlə, bəzən aylarla əziyyət çəkirik. Amma sağlığında sənət adamları şəxsi arxivlərini bizə hədiyyə edəndə bəzi araşdırmaları aparmaq asan başa gəlir. Ona görə də sənət adamlarına, ədəbiyyat nümayəndələrinə səslənirəm ki, sağlığında arxivlərini bizə əmanət etsinlər".
Qeyd edək ki, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə sonuncu dəfə əməkdar artist Vəfa Fətullayeva və xalq artisti Hökumə Qurbanovanın şəxsi sənədlərinin bir hissəsi daxil olub. Hər iki mərhum sənətkarın şəxsi arxivinə aid sənədləri Hafiz Fətullayev fonda hədiyyə edib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR