Vətəninfo.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Əlcəzair Futbol Federasiyasını 50 min İsveçrə frankı məbləğində cərimə edib.
Bu tədbir dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Rusiya komandası ilə matç zamanı (bu görüş 1:1 hesabı ilə başa çatıb) əlcəzairli azarkeşlərin davranışına görə tətbiq edilib.
Keçən həftə cümə gününə keçən gecə olmuş həmin görüşün yekunlarına əsasən Rusiya yığması dünya birinciliyində mübarizəni dayandırıb. Matçın 6-cı dəqiqəsində Aleksandr Kokorinin vurduğu qol sayəsində rusiyalılar hesabda irəli çıxıblar. 60-cı dəqiqədə cərimə zərbəsindən sonra əlcəzairlilər hesabı bərabərləşdirməyə müvəffəq olublar. Akinfeyev topu tutmaq üçün irəli çıxanda büdrəyib, bundan sonra İslam Slimani topu boş qapıya vurub.
Akinfeyevin sifətinə bir neçə dəfə lazer şüası yönəldilməsi matçın translyasiyası zamanı aşkar görünüb. Sonradan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello bəyan edib ki, bu hərəkət qolkiperə mane olub və rəqibin qol vurmasına imkan verib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR