Vətəninfo.az xəbər verir ki, Braziliyada futbol üzrə 2014 - Dünya Çempionatı çərçivəsində növbəti oyun keçirilib. Portu-Aleqridəki “Beira-Rio” stadionunda “H” qrupu çərçivəsində Əlcəzair və Koreya Respublikası yığmaları qarşılaşıblar.
Kolumbiyalı baş hakim Vilmar Roldonun idarə etdiyi qarşılaşma Əlcəzair millisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Əlcəzair millisinin heyətində Abdelmoumene Djabou, Rafik Halliçe, İslam Slimani, Yacine Brahimi, rəqib komandadan isə Son Heungmin və Ku Jacheol fərqləniblər. Qeyd edək ki, hər iki komanda çempionatda ikinci oyununu keçirib.
İlk oyunda Əlcəzair millisi Belçikaya 1:2 hesabı ilə uduzub, Rusiya – Koreya Respublikası oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu, Əlcəzairin 32 ildən sonra ilk qalibiyyəti olub. Həmçinin Əlcəzair DÇ – 2014 kubokunda ən çox qol vuran Afrika komandası olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR