Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyədə TRT-nin baş direktoru Şenol Göka ilə görüşüb. Vətəninfo.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə ölkələr arasındakı dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə media sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilib. Bundan başqa, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, eləcə də media sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, həyata keçirilən birgə layihələrin bu əməkdaşlığı daha da genişləndirəcəyinə əminlik ifadə edilib. Ş.Göka xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə TRT-nin daim dəstək verdiyini diqqətə çatdırıb. Ş.Göka onu da qeyd edib ki, TRT tərəfindən ortaq coğrafi məkanda istifadə edilən türk sözlərinin üç dildə (türk, Azərbaycan, türkmən) tələffüzünün əks olunduğu səsli lüğətin hazırlanması üzərində iş yekunlaşmaqdadır. Bu layihə xalqlarımızın daha da yaxınlaşmasına, bir-birilərini daha yaxşı başa düşmələrinə kömək edəcək. Əli Həsənov TRT-nin fəaliyyətini yüksək qiymətləndirib və layihənin çox yaxşı təşəbbüs olduğunu vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR