Əliməmməd Nuriyev “Beynəlxalq Bank”ı TƏNQİD ETDİ: "Xidmət bərbad vəziyyətdə!”

Əliməmməd Nuriyev “Beynəlxalq Bank”ı TƏNQİD ETDİ:

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev öz feyzbuk hesabında "Beynəlxalq Bank”ın Hyatt Recens hotelində yerləşən "Abşeron Filial”ında xidmətin aşağı səviyyədə olması barədə post paylaşıb.

Miq.Az xəbər verir ki, Əliməmməd Nuriyev öz gileyini belə ifadə edib:

"50 dəqiqədir ki, "Beynəlxalq Bank”ın Hyatt Recens hotelində yerləşən "Abşeron Filial”ında xidmət almaq üçün növbədəyəm. Xidmət demək olar ki, yox səviyyədədir. Bir çoxlarına demək olar ki, növbə gözləmədən filialın işçisi və yaranar şəxsin mühafizəsinin himayəsi ilə xidmət alır.

Bəzən elə olur ki, xidmət göstərən şəxs dəqiqələrlə telefonda danışır. Xidməti həyata keçirən bank əməkdaşının xidmət stolunun kimə xidmət göstərirsə onun nömrəsi yazılmır.
Ancaq ümümü növbə göstərən lövhə yanır.

Olduğum müddət ərzində hətta bəzi xidmət göstərən stullarda heç kəsə xidmət göstərilməyib. Elə müştəri var ki, burada səhər saat 09.40-dan burada növbədə olmasına baxmayaraq xidmət almayıb və heç bir izahat da verilmir!

Bir sözlə, xidmət bərbad vəziyyətdə!”

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az