Bir necə gün öncə Bakının küçələrində şütüməyə başlayan yeni avtobuslar əməkdar artisti çaşdırdı.
Belə ki, Azərbaycan teatr və kino aktyoru İlqar Cahangir avtobusun ilk sərnişinlərindən olub. Lakin o maraqlı hadisə ilə üzləşib.
Bu barədə o öz Facebook səhifəsində yazıb.
"65-i gözləyirdim ki, təzə avtobus gəldi. Dedim siftə edim. Qalxıb oturdum. Gördüm ki, üzbəüz oturanlar, solda duranlar mənə baxır. Aktyoram da, hamı tanıyır. Sevinərək sağıma baxdım. Gördüm ki, itin yerində oturmuşam. Sən demə ona görə baxırmışlar".
Əməkdar artist hətta it üçün nəzərdə tutulan yerin fotosunu da paylaşıb.
Qeyd edək ki, yeni avtobuslar hələlik bir marşrut üzrə hərəkət edir. İlkin mərhələdə 50 avtobus xəttə buraxılıb. Yeni nəqliyyat vasitələrində əlilliyi olan şəxslər də nəzərə alınıb. Panduslar tək əlilliyi olan şəxslər deyil, eləcə də uşaq arabası ilə olan analara da avtobusa rahat minib enmə imkanı yaradacaq. Onlar üçün avtobusun içərisində də xüsusi yer ayrılıb.

Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR