Ümumi seçkilər ərəfəsində seçiciləri qarşısında növbəti dəfə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz tənqidçilərini, jurnalistləri, erməniləri və qeyri-ənənəvi oriyentasiyalı şəxsləri Milli Demokrat Partiyasını dəstəkləməkdə ittiham edib.
Vətəninfo.az-ın məlumatına görə, Oxu.az bu barədə "Hurriyetdaily" saytına istinadən xəbər verir.
““Doğan Media” onların əsas müttəfiqidir. Erməni lobbisi, homoseksuallar və Əlisiz Ələviliyə inananlar – bütün onlar təxribatda iştirak edirlər”, - Ərdoğan iyun ayının 3-də şərqi vilayətin sakinləri qarşısında çıxış edərkən bildirib.
Qeyd etmək lazımdır ki, ölkənin parlamentində hakimiyyət partiyasının tutduğu yerlərin sayı, Milli Demokrat Partiyasının 10% səviyyəsini aşa biləcəyindən asılıdır.
O həmçinin beynəlxalq mətbuata qarşı ritorikasını təkrarlayıb.
“Onları bəzi xarici KİV dəstəkləyir, onlar Türkiyəyə öz koloniyaları kimi baxırlar”, - Ərdoğan bəyan edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL