"Rusiyada indi hər şeydə tənəzzüldür, təkcə hərbi sənayedən başqa. Buna görə də, Dugin, Proxanov, "ermənilər” Kurginyan, Mirzəyan Putində öz arzularını görüblər, onu dəstəkləyiblər və balaca Stalin əldə ediblər”. Virtualaz.org xəbər verir ki, bu barədə Yerevanda dərc olunan "Lragir” nəşrinə ermənistanlı politoloq Levon Şirinyan danışıb.
O hesab edir ki, Putinin qələbə çalacağı təqdirdə Rusiyada avtoritarizm güclənəcək, daxili çəkişmələr şəraitində isə Rusiya avantüraya əl ata bilər ki, bunun üçün də ən rahatı Qarabağ münaqişəsidir. "KTMT təmsilçisinin "Ermənistan xalqı əmin ola bilər ki, KTMT onun köməyinə gələcək, lakin Qarabağ KTMT-nin məsuliyyət sahəsinə aid deyil” bəyanatına mən məhz bu kontekstdə yanaşıram”.

Erməni ekspert bildirib ki, Azərbaycan zirehli texnikasını təlimlərə təsadüfən çıxarmayıb və hərbi müdaxiləni də istisna etmir. "Dünya ictimaiyyəti, aprel müharibəsində olduğu kimi, bizim müdafiəmizə qalxmayacaq”.
Daha sonra erməni ekspert "hər bir pozuntu zamanı zərbə vurmağa” çağırıb.
"İlk hesablama mərkəzi Yevlaxdır. Əgər Yevlaxa zərbə vurulsa, Azərbaycanın onurğası sınar. Biz buna hazır olmalıyıq. Bundan başqa, Ermənistan qabaqlayıcı müharibə metodlarını tətbiq etməlidir, bildirməlidir ki, təlim zamanı tanklar sərhədə 5 km-dən az məsafəyə yaxınlaşalar, zərbə endirəcəyik. Bizim belə hüququmuz var”, - erməni politoloq əminliklə bildirib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?