Ermənistan televiziyası "Bakı-2015" I Avropa Oyunlarının yayım hüququnu alıb. Bu barədə "EurActiv" nəşrinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri, Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, nə Ermənistan, nə də başqa ölkə "Bakı-2015"i boykot etmə və ya Oyunlara qatılmama barədə məsələni heç vaxt müzakirə etməyib: "Təqribən 6 200 idmançı gələcək. Onları 3 000 nümayəndə heyətinin üzvü müşayiət edəcək".
Nazirin sözlərinə görə, idman siyasət deyil. Amma idman tədbirləri xeyli insanın diqqətini cəlb edir: "Müxtəlif qurumlar, əsasən də qeyri-hökumət təşkilatları müəyyən problemlərə diqqəti cəlb etməyə çalışırlar. Bu, 2014-cü il Soçi Qış, 2008-ci il Pekin və hətta 2012-ci il London Yay Olimpiya Oyunlarına münasibətdə də baş verib. Londonda binaların dağıdılması, insanların öz evlərindən köçürülməsi ilə bağlı xeyli etiraz aksiyası keçirilib. Deyərdim ki, bunlar normal prosesdir. Amma Oyunları boykot çağırışları ağlasığmazdır. Çünki bu yarış xalqları birləşdirmək üçün çox yaxşı imkandır. Bu, dostluq festivalı, insanların toplaşdığı bayram, sağlam həyat tərzinin təbliğidir".
"Report"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR