Evlilik ildönümümüzü orada qeyd etdik

Evlilik ildönümümüzü orada qeyd etdik
Əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın aparıcılıq etdiyi "Cehiz” verilişi yayımını dayandırıb.
Vətəninfo.az
Axşam.az-a  istinadla xəbər verir ki,  "Toppuş bacı" proqramda dəyişikliklər olacağını bildirib:
"Sentyabrdan "Cehiz” yenidən efirə qayıdacaq. Amma fərqli formatda. Bu günə kimi evlənməyə hazırlaşan cütlüklər yarışırdı. Bundan sonra uşaqlı ailələr olacaq. Yəni valideynlər və övladları. Artıq yeni mövsümün çəkilişlərinə başlamışıq”.
T.Əliyeva bu yaxınlarda yeni seriala çəkiləcəyindən də xəbər verib:
"Komediya janrındadır. "Soy” prodakşın lentə alır. Bu serialda tək olacam. Hər zaman birlikdə gördüyünüz Dilarəsiz və Keyxanımsız (əməkdar artist Dilarə Əliyeva, aktrisa Ülviyyə Əliyeva – red.). Maraqlı bir ekran işidir”.
Yay istirahətindən bəhs edən aktrisa həyat yoldaşı Röyalla Türkiyədə dincəldiyini bildirib:
"15 gün Türkiyədə qaldıq. Evlilik ildönümümüzü orada qeyd etdik".
Qeyd edək ki, T.Əliyeva və Röyalın toyu 2013-cü ildə baş tutub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az