Tanınmış jurnalist Surxay SULTAN bu günlərdə Xocalı soyqırımı ilə bağlı qələmə aldığı şeirini Vətəninfo.az-a təqdim edim. Şeiri oxucularımızı təqdim edirik:
Fevral Xocalı ayı,
Bir şəhərin harayı.
Bu ay söz-söhbət ancaq,
Xocalıdan olacaq.
Yenə qara geyirik.
Bu dərdi, faciəni,
Dünya bilsin deyirik,
Dünya görsün deyirik.
Sanırıq kardı dünya,
Sanırıq kordu dünya.
Fəqət yoxdur illəti,
Bu dəhşəti, zilləti,
Anında gördü dünya.
Onda susur bəs nədən?
Çıxarmayır səs nədən?
Öz yolu var hər kəsin,
Yer üzünün nakəsin,
Namərdini tanıtma.
Sən dərdini tanıtma.
Əvvəl tanı özünü,
Sonra tanıt dünyaya,
Millət kimi özünü.
Gəl dünyanı qınama,
İrad tutma, bir dayan,
Hardan yoğrulub mayan?
Nədir türkün xisləti,
Nədir türkün niyyəti?
At köləlik daşını,
Oyat qan yaddaşını:
“Türk balası qurd olur,
Basdığı yer yurd olur.”
Düşün, daşın nədən de,
Doğulmur daha Mete?
Keçəl Həmzə doğulur,
Qoç Koroğlu doğulmur?
Namərd kimsə doğulur,
Giziroğlu doğulmur?
Yalıncıqlar doğulur,
Bamsı Beyrək doğulmur?
Səhl Sumbatlar doğulur,
Məzdək, Babək doğulmur?
“Milli yanlar” doğulur,
Cavad xanlar doğulmur?
Kökündən ayrı düşən,
Millət də millət olmur.
Vətən qələbə umur,
Torpaq qələbə umur.
Faciəni tanıtma,
O gecəni tanıtma.
Qələbəni sən tanıt.
Öz əzmini sən tanıt.
Qayıt, qayıt özünə,
Qayıt öz soy, kökünə.
Qoy dünya səni görsün,
Dünya əzmini görsün,
Alsın vecə, tanısın.
Əvvəl özünü tanı,
Özünü tanımayanı,
Dünya necə tanısın?!
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR